Qurban Qurbanov: "Bəzi problemlərimiz olsa da, sərfəli nəticə qazanmalıyıq"

Qurban Qurbanov: "Bəzi problemlərimiz olsa da, sərfəli nəticə qazanmalıyıq"
Futbol
10 İyul 2018 - 21:23




Supersport.Az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk matçında sabah səfərdə Sloveniyanın "Olimpiya" (Lyublyana) klubunun qonağı olacaq "Qarabağ"ın baş məşqçi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib:

"Rəqibimiz yeni baş məşqçiylə yeni heyət qurub. Oyunların hamısını izləmişəm, hər oyuna fərqli sistemlə çıxırlar. Bizi çətin və maraqlı qarşılaşma gözləyir. Təbii ki, ilk oyundan sonra rəqibi daha yaxşı tanıyacağıq və cavab matçı daha asan olacaq. Həmişə demişəm ki, ən vacib oyunlar ilk mərhələnin qarşılaşmalarıdır.

Bizim də bəzi problemlərimiz var, buna baxmayaraq, sabah sərfəli nəticə qazanmağa çalışacağıq. Maraqlı və gərgin oyun olacağını düşünürəm".



Digər xəbərlər