"Olimpiya" - "Qarabağ": azarkeşlərə sevindirici xəbər

"Olimpiya" - "Qarabağ": azarkeşlərə sevindirici xəbər
Futbol
09 İyul 2018 - 22:36
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"ın Sloveniyanın "Olimpiya" (Lyublyana) klubu ilə səfər oyunu yayımlayacaq kanal məlum olub.

İyulun 11-də, Bakı vaxtı ilə saat 22:00 "Stoyiçe" stadionunda keçiriləcək oyun "CBC Sport" kanalı vasitəsilə yayımlanacaq.

Tərəflər arasındakı cavab görüşü iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Matç saat 21:00-da start götürəcək.

Digər xəbərlər