"Qəbələ" "Neftçi"dən baha bilet satır

"Qəbələ" "Neftçi"dən baha bilet satır
Futbol
09 İyul 2018 - 22:23
Supersport.Az-ın məlumatına görə, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununu keçirəcək "Qəbələ" "Neftçi"ylə müqayisədə biletləri azarkeşlərinə baha satır.

Qəbələ şəhər stadionunun kassalarında qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 30 manatdır.

İyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" - "Proqres" matçı saat 20:00-da başlayacaq.

"Neftçi" – "Uypeşt" oyununun biletlərinin qiyməti isə 1, 2, 5 və 20 (VİP yerlər) AZN təşkil edir.

Qeyd edək ki, iyulun 12-da "Dalğa Arena"da keçiriləcək qarşılaşma saat 21:00-da başlanacaq.

Digər xəbərlər