"Qalatasaray" azarkeşinə qadağa

"Qalatasaray" azarkeşinə qadağa
Futbol
08 İyul 2018 - 16:21

Supersport.Az-ın məlumatına görə, Sürix şəhərində Çempionlar Liqasına hazırlaşan "Qalatasaray"a qadağa qoyulub.


İsveçrə polisi, Türkiyə klubunun məşqinin azarkeşlərin izləməsinə icazə verməyib. Bu qadağaya riayət edilməyəcəyi təqdirdə, "Qalatasaray"a böyük məbləğdə cərimə kəsiləcəyi bildirilib.


Türk klubu ilk gün hazırlıq prosesini izləməyə gələn 100-ə yaxın fanatın üzünə qapıları bağlı saxlayıb.


Baş məşqçi Fatih Terim azarkeşlərlə görüşərək, "Biz sizin məşqi izləməyinizi istəmərikmi, kənarda saxlayarıqmı? Ancaq qərar belədir" deyə bildirib.



Digər xəbərlər