Xorvatlardan rusları əsəbləşdirən açıqlama - Video

Xorvatlardan rusları əsəbləşdirən açıqlama - Video
Futbol, Video
08 İyul 2018 - 12:25
Supersport.Az-ın məlumatına görə, Dünya Kubokunda rusları mübarizədən kənarlaşdıran xorvatlar qalmaqallı açıqlama veriblər.

"Beşiktaş"ın futbolçusu Domaqoy Vida və Kiyev "Dinamo"sunun keçmiş üzvü Oqnen Vukoeviç videogörüntüdə qələbəni Ukraynaya həsr etdiklərini bəyan edib:

"Ukraynaya eşq olsun! Qələbəni "Dinamo" və Ukraynaya həsr edirik".

Bundan sonra Xorvatiya yığmasının üzvü Vida fərqli danışıb:

"Rusiya xalqına hörmətlə yanaşıram. Bu, Ukraynadakı dostlarım üçün zarafatımdır. Futbol siyasətdən kənardadır. Mən burda pis nəsə görmürəm".

Vukoeviç  hazırda "Dinamo"da seleksiyaçı işləsə də, klub rəhbəri İqor Surkis onun Xorvatiya yığmasının düşərgəsində olmasına icazə verib.

Rusiya ilə oyunda Xorvatiya yığmasının üzvü Vida əlavə vaxtda qol vurub.

Xatırladaq ki, Rusiya Ukraynanın bir hissəsini işğal etdiyi üçün münasibətlər gərgindir.


 

 

Digər xəbərlər