Supersport.Az-ın məlumatına görə, “Qarabağ” bu gün Avstriyada təlim-məşq toplanışını başa vuracaq.
Altıqat ölkə çempionu sabah Sloveniyaya yollanacaq.
Qeyd edək ki, Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Olimpiya” – “Qarabağ” oyunu iyulun 11-də Bakı vaxtıilə saat 22:00-da başlayacaq. Cavab görüşü isə bir həftə sonra Bakıda saat 21:00-da start götürəcək.