Xorvatlar ruslara badalaq vurdu - Foto

Xorvatlar ruslara badalaq vurdu - Foto
Futbol, Foto
08 İyul 2018 - 00:51
Supersport.Az-ın məlumatına görə, Dünya Kubokunda dörddəbir final mərhələsinin digər oyununda Rusiya və Xorvatiya yığmaları qarşılaşıb. Bakı vaxtı ilə saat 22:00-da başlayan qarşılaşmanı braziliyalı referi Rikki Sandro idarə edib. Matç Soçidəki "Fişt Arena" stadionunda oynanılıb.

Oyunun əsas vaxt 1:1, əlavə dəqiqələr 2:2 bitib. Buna görə qalibi müəyyən etmək üçün penaltilər seriyasından istifadə olunub. Xorvatların zərbəsi daha dəqiq olub - 4:3.

22:00 Rusiya - Xorvatiya 2-2 (pen-3-4)

Qollar: Denis Çerışev 31, Mario Fernandes 115 - Andrey Kramariç 39, Domaqoy Vida 101

Rusiya səkkizdəbir finalda İspaniyanı, Xorvatiya isə Danimarkanı 11 metrlik cərimə zərbələri seriyasında məğlub edib. Komandalar dünya çempionatları tarixində ilk dəfə qarşılaşırlar. Rusiya yığması ilk dəfədir mundialda dörddəbir finala yüksəlib. Xorvatiya isə 1998-ci il mundialında üçüncü yeri tutub.

Rusiya millisi dünya çempionatlarının final mərhələsində 1994-cü, 2002-ci və 2014-cü illərdə çıxış edib. Rusiyalılar mundiallarda sonuncu qələbəsini 2002-ci ildə Tunis üzərində qazanıblar - 2:0.

Dünya çempionatının üç yarımfinalçısı olub: Fransa, Belçika, İngiltərə.

Mundialın yarımfinal oyunları iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.

Digər xəbərlər