"Olimpiya" - "Qarabağ" oyununu bu hakim idarə edəcək - Foto

"Olimpiya" - "Qarabağ" oyununu bu hakim idarə edəcək - Foto
Futbol, Foto
04 İyul 2018 - 16:02
UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək "Olimpiya" (Sloveniya) - "Qarabağ" oyunu üçün hakim təyinatları məlum olub.

Görüşdə ədaləti Belçika Futbol Federasiyasından Lourens Visser qoruyacaq. Ona həmyerliləri Karel De Rekor, Yo De Veirdt köməklik edəcək. Dördüncü hakim funksiyasını Bram Van Drişe yerinə yetirəcək.

Qeyd edək ki, "Olimpiya" - "Qarabağ" görüşü iyulun 11-i keçiriləcək.

Digər xəbərlər