Messinin qarşısını kəsən qolkiper "Qarabağ"da - Video

Messinin qarşısını kəsən qolkiper "Qarabağ"da - Video
Futbol, Video
03 İyul 2018 - 20:03
Danimarkanın "Randers" klubunun qapıçısı Hannes Haldrousson karyerasını "Qarabağ"da davam etdirəcək.

Supersport.Az xəbər verir ki, 34 yaşlı qapıçı Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan klubunun düşərgəsindədir. O, tibbi müayinədən keçib və "Qarabağ"da ilk məşqinə çıxacaq.

Haldrousson İslandiya milli komandasının əsas qapıçısıdır. Hannes İslandiya millisinin heyətində dünya çempionatında Argentina ilə matçda Lionel Messinin penaltisini dəf etməklə adından söz etdirmişdi. Bu oyunda islan qolkiperin qurtarışlarını təqdim edirik:

Digər xəbərlər