Roberto Bordin "Neftçi"nin oyununu dəyərləndirdi - Video

Roberto Bordin "Neftçi"nin oyununu dəyərləndirdi - Video
Futbol, Video
29 İyun 2018 - 22:32
"Neftçi"nin baş məşqçisi Roberto Bordin və futbolçu Dario Frederiko Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində keçirilmiş Rumıniyanın "Dunarea Kalarası” klubu ilə yoxlama oyunundan (2:0) sonra Neftçi TV-yə açıqlama veriblər.

Roberto Bordin: "Yaxşı oyun oldu. Futbolçular matça ilk dəqiqələrdən köklənmişdilər, ehtiyatlı oynadılar. Şadam, amma bəzi şeyləri yaxşılaşdırmaq lazımdır ki, biz də bunu edəcəyik. Qol epizodlar yaratdıq, amma onları daha yaxşı yekunlaşdırmalıydıq. Bununla belə, nəticədən başqa, komandanın oyunundan da razı qaldım".

https://www.youtube.com/watch?time_continue=258&v=FJxe3sp7-Ow

Digər xəbərlər