"Neftçi" qələbə ilə başladı

"Neftçi" qələbə ilə başladı
Futbol
24 İyun 2018 - 19:45
Supersport.Az-ın məlumatına görə, Türkiyənin Topuk yaylası bölgəsində təlim-məşq toplanışının ikinci mərhələsinə başlayan "Neftçi" bu gün ilk yoxlama oyunu keçirir. Rəqib yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00) başlanan qarşılaşmada "Şkupi" komandasıdır. İlk hissədə hesab açılmasa da, fasilədən sonra "Neftçi"də Mirabdulla Abbasovun ötürməsini Namiq Ələsgərov qola çevirib. Oyunda son qolu Mirabdulla vurub. Bununla "Neftçi" yeni italiyalı baş məşqçisi Roberto Bordinin rəhbərliyində ilk qarşılaşmasında qələbə qazanıb.

18:00 "Neftçi" - "Şkupi" 2-0

Qollar: Namiq Ələsgərov 62, Mirabdulla Abbasov 86

Makedoniya komandası bu il avrokuboklarda debüt edəcək. UEFA Avropa Liqasının ilk təsnifat mərhələsində Zakariya Ramadanini yetirmələri Şotlandiyanın "Reyncers” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, Türkiyədə təlim-məşq toplanışı zamanı "Neftçi" dörd yoxlama görüşündə gücünü sınayacaq. İyunun 28-də komanda Rumıniyanın "Dunarea Kalarası", iyulun 5-də isə bu ölkənin digər təmsilçisi "Politexnika"ya qarşı oynayacaq. Daha bir rəqibimizin kimliyi haqqında yaxın günlərdə aydınlaşacaq.

Digər xəbərlər