"3 min təklifi qəbul etmədim" - "Real"ın yeni transferi

"3 min təklifi qəbul etmədim" - "Real"ın yeni transferi
Futbol
24 İyun 2018 - 07:00
Supersport.Az-ın məlumatına görə, "Real Madrid"in yeni transfer etdiyi 19 yaşlı qolkiper Andrey Lunin maraqlı açıqlamayla gündəmi zəbt edib.

İspaniya klubuyla 6 illik müqavilə imzalayan ukraynalı futbolçu, seçimini belə izah edib:

"3 min təklifi qəbul etmədim, ancaq "Real"ı seçdim. Madriddə oynamaq uşaqlıq arzum olub. Mən həmişə "Real"ın azarkeşi olmuşam".

Lunin, Kriştiano Ronaldo ilə görüşü səbirsizliklə gözləyir:

"Kriştiano Ronaldo dünyanın ən yaxşı futbolçusudur. Tezliklə onunla görüşmək istəyirəm".

"Real" qolkiperi "Zarya"dan 14 milyon avroya transfer edib.

İspaniya mətbuatı hesab edir ki, Andrey Lunin gənclər komandasına göndəriləcək və ya icarəyə veriləcək.

Digər xəbərlər