"Qarabağ" "Ludoqorets"lə sülhə razılaşdı - Foto

"Qarabağ" "Ludoqorets"lə sülhə razılaşdı - Foto
Futbol, Foto
23 İyun 2018 - 21:36
Supersport.Az-ın məlumatına görə, Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün ilk yoxlama oyununda Bolqarıstanın "Ludoqorets" klubuyla qarşılaşıb. Oyunun 36-cı dəqiqəsində rəqib hesabı açıb. İkinci hissənin əvvəllərində "Qarabağ" Dani Kintanayla hesabı bərabərləşdirib - 1:1. Qarşılaşma bu hesabla da başa çatıb.

Qarşılaşmanın 68-ci dəqiqəsində isə "Qarabağ"ın qolkiperi Şahruddin Məhəmmədəliyev rəqibin penalti zərbəsini dəf edib.

"Qarabağ" - "Ludoqorets" 1:1 

Qollar: Dani Kintana, 52 - Yakub Şverçok, 36

"Qarabağ": 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 77. Donald Gerrye, 91. Coşqun Diniyev

Digər xəbərlər