Qurban Qurbanov rəqibdən çəkinir

Qurban Qurbanov rəqibdən çəkinir
Futbol
19 İyun 2018 - 18:00
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniyanın "Olimpiya" klubuyla qarşılaşacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov püşk haqda fikirlərini bildirib.

Mütəxəssis klubun saytına açıqlamasında deyib:

"Çox çətin rəqiblə qarşılaşacağıq. Belə rəqiblə qarşılaşmaya pley-off matçı kimi meydana çıxacağıq. Artıq rəqibi analiz etməyə başlayacağıq və oyuna qədər maksimum hazır olaq. Əlimizdən gələni etməyə çalışacağıq. Bizə ən çətin və gözlənilməz rəqib düşdü".

Digər xəbərlər