İsveç, Belçika, İngiltərədən 3 xal

İsveç, Belçika, İngiltərədən 3 xal
Futbol
18 İyun 2018 - 23:55
Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatı davam edir.

Supersport.Az xəbər verir ki, bu gün F və G qruplarında yer alan komandaların iştirakçı ilə daha 3 oyun keçirilib.

Günün ilk oyunu İsveç və Cənubi Koreya yığmaları arasında baş tutub. Matç isveçlilərin minimal hesablı qələbəsi ilə başa çatıb.

Daha sonra Belçika yığması mundialın debütantı Panama ilə üz-üzə gəlib. Matç avropalıların böyükhesablı qələbəsi ilə yekunlaşıb.

Günün son matçında isə İngiltərə yığması Tunislə qarşılaşıb.

DÇ-2018
18 iyun

F qrupu

İsveç - Cənubi Koreya 1:0
Qol: A.Qrankvist, 65-pen.
Baş hakim: Joel Aqilar (Salvador).
Nijni Novqorod. “Nijni Novqorod” stadionu.

G qrupu

Belçika - Panama 3:0
Qol: D.Mertens, 47. R.Lukaku, 69; 75.
Baş hakim: Canni Sikazve (Zambiya).
Soçi. “Fişt” stadionu.

22:00. Tunis - İngiltərə 1-2

Qollar: Fərcani Sassi 35-pen - Harri Keyn 11, 90+1

Hakimlər: Vilmar Roldan (Kolumbiya).
Volqoqrad. “Volqoqrad Arena”.

Digər xəbərlər