"6 aylıq planın hesabına almanları məğlub etdik"

"6 aylıq planın hesabına almanları məğlub etdik"
Futbol
18 İyun 2018 - 01:25
Supersport.Az-ın məlumatına görə, Dünya Kubokunun ilk oyununda Almaniya yığmasına qalib gələn Meksika seçmə komandasının baş məşqçisi Xuan Karlos Osorio qələbəni şərh edib. 

Mütəxəssis bildirib ki, 6 aydır mötəbər yarışa ciddi hazırlıq  gedir: 

"Altı aydır plan əsasında dünya çempionatına hazırlaşmışıq. Cinahlardan sürətli oyuna üstünük verdik. İki futbolçumuzdan biri qol vurdu. 

İlk hissədə çox ağıllı oynadıq və diqtə etdik. Almaniya möhtəşəm komandadır. Ancaq biz də özümüzə güvəndik. İkinci qolu da vura bilərdik. Mario Qomesin meydana çıxacağını təxmin edirdik və buna hazır idik. Çox yaxşı müdafiə olunaraq rəqibi əks-hücumlarının qarşısını aldıq. Parlaq bir gələcəyimiz olduğunu göstərdik. Mən çox razıyam. Bu qələbəni Meksika azarkeşlərinə hədiyyə edirik. Onlar buna layiqdir. Kişi kimi və ürəklə oynadıq, həmçinin müdafiədə keçilməz olduq. Bizi dəsətəkləyən hər kəsə təşəkkür edirəm".

Digər xəbərlər