Dünya Kubokunda ilk - Video

Dünya Kubokunda ilk - Video
Futbol, Video
16 İyun 2018 - 20:29
Supersport.Az-ın məlumatına görə, Dünya Kuboku tarixində ilk olub. Fransa – Avstraliya oyununda video yardımçı hakimin (VAR) dəstəyilə qərar dəyişib. Fransızlar penalti vurmaq imkanı qazanıb.Oyunun 54-cü dəqiqəsində Antoine Qrizmann Rayan Risdonun kobu oyunundan sonra cərimə meydançasında yıxılıb. Uruqvaylı hakim Andres Kunha əvvəlcə davam işarəsi versə də, matçın dayanmasından sonra video hakimdən faydalanıb. Epizod təkrar izləndikdə penalti qərarı verilib. Qrizmann dörd dəqiqə sonra penaltiylə Dünya Kubokunda ilk qolunu vurub.

 


 

Digər xəbərlər