Ronaldodan tarixi rekord

Ronaldodan tarixi rekord
Futbol
16 İyun 2018 - 12:08
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo tarixə düşüb.

Supersport.Az-ın xəbərinə görə, 33 yaşlı hücumçu DÇ-2018-in ilk turunda İspaniya ilə matçında qol vuraraq rekorda imza atıb.


Ronaldo üst-üstə 8 böyük turnirdə fərqlənən ilk oyunçu olub. O, AÇ-2004, DÇ-2006, AÇ-2008, DÇ-2010, AÇ-2012, DÇ-2014, AÇ-2016-dan sonra DÇ-2018-də də ən azı bir dəfə rəqib qapısından top keçirib.

Ronaldo eyni zamanda ardıcıl 4 dünya çempoionatında  (DÇ-2006, DÇ-2010, DÇ-2014)  qol vuran  4-cü oyunçu olub. Daha əvvəl Uve Zeeler, Pele və Miroslav Kloze də buna nail olub.

Digər xəbərlər