Fransa, Danimarka, Xorvatiyadan qələbə, Argentinadan xal itkisi

Fransa, Danimarka, Xorvatiyadan qələbə, Argentinadan xal itkisi
Futbol
17 İyun 2018 - 02:00
DÇ-2018-in ilk turunun oyunları davam edir.


Supersport.Az-ın xəbərinə görə, daha 4 görüş keçirilib.

İlk oyunda Fransa Avtsraliyanı məğlub edib.

Digər görüşdə Argentina İslandiya ilə üz-üzə gəlib. Son Avropa çempionatında sürpriz nəticə ilə yadda qalan avropalıların Lionel Messinin kapitanı olduğu komandya qarşı oyunu maraqla gözlənilirdi. Qarşılaşma qollu heç-heçəylə yadda qalıb.

Peru - Danimarka matçında ikincilər qələbə qazanıb.

Günün son oyununda isə Xorvatiya Nigeriyaya qalib gəlib.
16 iyunDÇ-2018
I tur

C qrupu

14:00. Fransa – Avstraliya 2-1


Hakimlər: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (hamısı Uruqvay)
Kazan, "Kazan Arena"

D qrupu

17:00. Argentina - İslandiya 1-1


Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Tomaş Listkeviç (hamısı Polşa)
Moskva, "Spartak" stadionu

C qrupu

20:00. Peru - Danimarka 0-1


Hakimlər: Bakari Qassama (Qambiya), Jan-Klod Birumuşahu (Burundi), Abdelhak Etçiali, Mehdi Abid Şaref (hər ikisi Əlcəzair)
"Saransk, "Mordoviya Arena"

D qrupu

23:00. Xorvatiya - Nigeriya 2-0


Hakimlər: Sandro Riççi, Emerson de Karvalyo, Marselo van Qasse (hamısı Braziliya)
Kalininqrad, "Kalininqrad" stadionu

Digər xəbərlər