UEFA-dan "Qalatasaray"a ağır cəza

UEFA-dan "Qalatasaray"a ağır cəza
Futbol
13 İyun 2018 - 23:09
Supersport.Az-ın məlumatına görə, UEFA "Qalatasaray"a sərt cəza verib. Məsələ burasındadır ki, Avropa qurumu ilə 4 illik müqaviləyə klub əməl etməyib.

UEFA-nın qərarına əsasən, Türkiyə təmsilçisi 15 milyon avro cərimələnib.

Bu məbləğin 6 milyonu nəğd, qalan 9 milyonu şərtli ödəniləcək.

"Qalatasaray", 2018-2019 mövsümündə Çempionlar Liqasında 21 futbolçuya yer verə biləcək. Bu rəqəm 3 sezon maliyyə şərtləri yerinə yetiriləcəyi təqdirdə, hər il +1 olaraq artırılacaq.

Türkiyə klubuna verilən cəza həm Çempionlar Liqası heyətinə, həm də büdcəyə ciddi təsir edəcək.

Çempionlar Liqası heyəti:

2018/19 mövsümündə 25 futbolçunun yerinə 21 oyunçu
2019/20 sezonunda 25-in əvəzinə 22 futbolçu
2020/21 mövsümündə 25 futbolçu yerinə 23 oyunçu
2021/22 sezonunda 25 futbolçu

"Qalatasaray"ın büdcəsində

1-ci il 20 milyon avro ziyan olacaq. 
2-ci il 10 milyon avro itiriləcək. 
3-cü ilə isə borc olmayacaq.

Digər xəbərlər