Almaniyada Məsut Özil şoku

Almaniyada Məsut Özil şoku
Futbol
13 İyun 2018 - 20:23
Supersport.Az-ın məlumatına görə, Dünya Kubokunda bazar günü Meksikayla qarşılaşmaya Almaniya yığması böyük itkiylə çıxacaq. "Arsenal"da çıxış edən türk əsilli futbolçu Məsut Özil bu oyunu buraxacaq. Baş məşqçi Yoaxim Löv bildirib ki, futbolçu yüngül zədəli olsa da, risk etməmək üçün oyunçuya istirahət veriləcək.

"Hazırda vəziyyəti çox yaxşıdır. Ancaq qarşıdakı oyunda iştirak edərsə, yenidən zədələnsə mənfi təsiri ola bilər. Bu riski nəzərə alaraq, oynamamasının daha yaxşı olduğunu düşünərək onu heyətə daxil etməyəcəyəm. Meksika sərt və əks-hücumlara üstünlük verən komandadır. Bazar gününə qədər bəzi taktiki çalışmalar üzərində işləyəcəyik".

Digər xəbərlər