İspaniya yığmasında şok: baş məşqçi qovuldu

İspaniya yığmasında şok: baş məşqçi qovuldu
Futbol
13 İyun 2018 - 14:58
Supersport.Az-ın məlumatına görə, sabah Rusiyada startı veriləcək Dünya Kubokunun favoritlərindən biri İspaniya yığmasında şok qərar qəbul olunub. Baş məşqçi Xulen Lopeteqi istefaya göndərilib.

Bu haqda Krasnodarda keçirilən mətbuat konfransında Lopeteqi və İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales açıqlama verib.

"Biz baş məşqçinin xidmətindən imtina etdik. Ona uğurlar arzulayırıq" - deyə, federasiya rəhbəri bildirib.

Lopeteqi Avr0-2016-dan ispanların baş məşqçisi idi. Bu müddətdə 20 oyun keçirən yığma 14 qələbə qazanıb və 6 heç-heçə edib, top fərqi 61:13 olub.

Xatırladaq ki, dünən "Real Madrid" Lopeteqi ilə anlaşdıqlanı bəyan etmişdi. Buna görə də İspaniya futbol qurumu üç həftə əvvəl 2020-ci ilə qədər müqaviləni artırdığı mütəxəssilə yolları ayırmağa qərar verib. 

Digər xəbərlər