Ronaldo: "Salah "Qızıl top"u qazana bilər"

Ronaldo: "Salah "Qızıl top"u qazana bilər"
Futbol
13 İyun 2018 - 12:52
Supersport.Az-ın məlumatına görə, dünya futbolunun ulduzu Kriştiano Ronaldo Misir yığmasının və "Liverpul"un əsas silahı Məhəmməd Salah haqda müsbət fikirlər bildirib.

Beş dəfə "Qızıl top" mükafatına sahib çıxan "Real Madrid"in portuqaliyalı oyunçusu deyib:

"Salah üçün mövsüm davam edir. Ümid edirəm ki, Kiyevdə Çempionlar Liqasının finalında aldığı zədə dünya çempionatında maneçilik etməyəcək. Hamı yalnız mənimlə Messinin "Qızıl top" uğrunda mübarizə aparacağımı qeyd edir. Ancaq bu siyahıya Salahı da əlavə etmək istərdim".

Digər xəbərlər