"Sumqayıt"da iki yeni futbolçu - Foto

"Sumqayıt"da iki yeni futbolçu - Foto
Futbol, Foto
13 İyun 2018 - 12:34
Supersport.Az-ın məlumatına görə, "Sumqayıt" 2018/2019 mövsümü üçün növbəti iki transferini həyata keçirib.

Sumqayıt təmsilçisi son olaraq, "Kəpəz"də çıxış etmiş Şəhriyar Əliyevi heyətinə qatıb. 25 yaşlı müdafiəçiylə 1 illik müqavilə imzalanıb.

Şəhriyar klub olaraq "Bakı", "Qarabağ" və "Kəpəz"də çıxış edib. Əliyev Azərbaycanın U-21 və əsas millilərinin şərəfini qoruyub.

"Sumqayıt" "Qəbələ"nin üzvü Yusif Nəbiyevi bir illik icarəyə götürüb.

Qeyd edək ki, Yusif Nəbiyev 2016/2017 mövsümündə də Sumqayıt klubunun şərəfini qoruyub. 20 yaşlı cinah müdafiəçisi 19 oyunda (1268 dəqiqə) 3 qola imza atıb.

Digər xəbərlər