"Real"da yeni baş məşqçi

"Real"da yeni baş məşqçi
Futbol
12 İyun 2018 - 21:46
Supersport.Az-ın məlumatına görə, "Real Madrid" klubu Zinəddin Zidana əvəz tapıb.

Bu haqda "Euronews" məlumat yayıb.

"Kral klubu" tanınmış futbol mütəxəssisiı Hulen Lopeteqi ilə 3 illik müqavilə imzalayacaq.

Hazırda İspaniya millisini çalışdıran məşqçi Rusiyada keçirilən dünya çempionatı başa çatdıqdan sonra "Real"da rəsmi olaraq yeni vəzifəsinin icrasına başlayacaq.

Lopeteqinin təyinatı gözlənilməz olub. Belə ki, bu yaxınlarda o İspaniya federasiyası ilə müqaviləni 2020-ci ilə kimi uzatmışdı.

Digər xəbərlər