Millimizin futbolçusu Portuqaliya klubunda

Millimizin futbolçusu Portuqaliya klubunda
Futbol
12 İyun 2018 - 03:40
Azərbaycanın futbol millisinin hücumçusu Renat Dadaşovun yeni klubu müəyyənləşib.

Forvard karyerasını Portuqaliyanın "Eştoril" klubunda davam etdirəcək.

Qeyd edək ki, Renat müqavilə ilə Almaniyanın "Ayntraxt" klubuna məxsus idi.

Renatın yeni komandası "Eştoril" son mövsümdə Portuqaliya Premyer Liqasında sonuncu – 18-ci yeri tutaraq elitanı tərk edib.

Digər xəbərlər