"Neftçi"də iki yeni məşqçi

"Neftçi"də iki yeni məşqçi
Futbol
12 İyun 2018 - 01:39
Supersport.Az-ın məlumatına görə, "Neftçi"nin yeni baş məşqçisi Roberto Bordinin daha iki köməkçisi müəyyənləşib. Bunlardan biri ötən mövsüm "Səbail"in U-17 komandasının baş məşqçisi kimi gümüş medal qazanan Füzuli Məmmədov, digəri isə qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək Etibar Tarıverdiyevdir. Hər iki mütəxəssislə 1 illik müqavilə imzalanıb. Bu haqda klubun saytı xəbər yayıb.

Füzuli Məmmədov UEFA-nın A, Etibar Tarıverdiyev isə B kateqoriyalı məşqçisidir.

Qeyd edək ki, fiziki hazırlıq üzrə məşqçi italiyalı Andrea Vezzu olacaq.

Digər xəbərlər