İbrahim Şehiçin qazancı açıqlandı

İbrahim Şehiçin qazancı açıqlandı
Futbol
11 İyun 2018 - 14:36
Supersport.Az-ın xəbərinə görə, "Qarabağ"dan yola salınan İbrahim Şehiçin yeni klubu müəyyənləşmək üzrədir.

Bosniya və Herseqovina millisinin üzvü karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.

"Fotomaç"ın məlumatına görə, Şehiç elitanın debütantı "Ərzurumspor"la 2 illik müqavilə imzalayacaq. 29 yaşlı qolkiperin illik əmək haqqı 550 min avro olacaq.

Qeyd edək ki, Şehiç 2013-cü ildən "Qarabağ"da çıxış edirdi və Ağdam klubuna Türkiyənin "Mersin İdman Yurdu" klubundan transfer olunmuşdu.

Digər xəbərlər