"Roma"dan baş məşqçisinə 2 milyon

"Roma"dan baş məşqçisinə 2 milyon
Futbol
11 İyun 2018 - 00:51
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının qrupunda "Qarabağ"a rəqib olan "Roma" baş məşqçi Eusebio Di Françeskoyla müqavilənin müddətini artıracaq.

48 yaşlı mütəxəssislə gələn həftə 2021-ci ilin yayına qədər kontrakt imzalanması nəzərdə tutulur. Baş məşqçinin illik qazancı 2 milyon avro olacaq.

Qeyd edək ki, ötən yay "Roma"ya gətirilən mütəxəssis komandaya Çempionlar Liqasının yarımfinalında oynamaq hüququ və İtaliya çempionatında üçüncü yeri qazandırıb.

Digər xəbərlər