Braziliya yığmasında dəyişiklik: 20 oyunda 16 kapitan

Braziliya yığmasında dəyişiklik: 20 oyunda 16 kapitan
Futbol
09 İyun 2018 - 22:06
Dünya Kubokunun favoritlərindən hesab edilən Braziliya yığması sabah Avstriya ilə son yoldaşlıq oyunu keçirəcək.

Supersport.Az-ın məlumatına görə, "sambaçılar"ın baş məşqçisi Tite bu oyunda kapitan olacaq futbolçuda dəyişiklik edib.

İndiyə qədər 20 oyunda 16 fərqli oyunçuya bu sarğını verib. Son olaraq Xorvatiya ilə qarşılaşmada Braziliyada Qabriel Jesus kapitan olub. Avstriyayla oyunda Miranda üçüncü dəfə bu sarğını daşıyacaq.

Titenin dönəmində Braziliyanın kapitan olan futbolçular: Dani Alves (4), Miranda (2) Renato Auqusto, Filipe Luis, Fernandinyo, Robinyo, Neymar, Tyaqo Silva, Koutinyo, Marselo, Paulinyo, Kazemiro, Marquinos, Uilyan, Alisson, Qabriel Jesus.

Məşqdə zədə alan Fred yoldaşlıq matçını oteldə izləyəcək.

Digər xəbərlər