Məsutla İlkay yenə fitə basıldı, Löv hirsləndi - Foto

Məsutla İlkay yenə fitə basıldı, Löv hirsləndi - Foto
Futbol, Foto
09 İyun 2018 - 02:07
Supersport.Az-ın məlumatına görə, Almaniya yığmasının türk futbolçularından Məsut Özillə İlkay Gündoğan yenə hörmətsizliklə qarşılaşıb. Almanların Səudiyyə Ərəbistanı seçmə komandasını 2:1 hesabıyla məğlub etdiyi matçda da adıçəkilən oyunçular fitə basılıb. Baş məşqçi Yoaxim Löv alman azarkeşlərin bu hərəkətinə sərt reaksiya verib. Məsut zədəli olduğu üçün bu oyunu buraxıb. İlkay isə top ayağına dəyəndə fanatların etirazı ilə üzləşib.

"Milli komandanın futbolçularının fitə basılması faydasızdır. Bu, bütün futbolçulara zərbə vurur. İlkayın daha nə edəcəyini gözləyirəm. Rusiyada belə olacağını deyə bilmərəm" deyən mütəxəssis, oyunun gedişində futbolçuya dəstək verməyin vacibliyinə işarə verib.

Xatırladaq ki, Avstriya - Almaniya matçında eyni hal baş vermişdi. Məsutla İlkayın fitə basılmasının səbəbi bu günlərdə hər iki futbolçunun Türkiyə prezidenti Ərdoğanla görüşməsidir.


Avusturya maçından sonra Müller, "Kampın ilk günlerinde konuyu ele aldık. Mesut ve İlkay sorularımızı cevapladı. Kesinlikle arkalarında duruyoruz. Onlar bizim için önemli oyuncular" açıklamasını yapmıştı.

 

Digər xəbərlər