Almaniyada Məsut Ozil şoku

Almaniyada Məsut Ozil şoku
Futbol
07 İyun 2018 - 09:19
Supersport.Az-ın məlumatına görə, Almanya yığma komandasının aparıcı üzvü Məsut Özil Dünya Kubokunu buraxa bilər.
Təcrübəli futbolçunun bel və dizində ciddi zədəsi olduğu üçün yarışda iştirakının sual altında olduğu bildirilir.
Son 4 gündə məşqə çıxmayan Məsut, iyunun 8-də Almaniya - Səudiyyə Ərəbistanı yoldaşlıq oyununu buraxacaq. Futbolçunun Dünya Kubokunda da iştirak etməyəcəyi ehtimal olunur.

Xatırladaq ki, Avstriya ilə dostluq matçında Məsut hesabı açsa da, Almaniya yığması 1:2 hesabıyla məğlub olmuşdu. Özil 76-cı dəqiqədə yerini Drakslerə vermişdi.

Digər xəbərlər