"Neftçi" italiyalı mütəxəssis gətirir

"Neftçi" italiyalı mütəxəssis gətirir
Futbol
06 İyun 2018 - 20:35
"Neftçi" baş məşqçi axtarışlarını davam etdirir.

Supersport.Az-ın məlumatına görə, əcnəbi mütəxəssis axtaran "ağ-qaralar" italiyalı Roberto Bordinə təklif göndərib. 53 yaşlı məşqçiylə danışıqlar tamamlanmaq üzrədir. "Neftçi" Bordinlə 2 illik müqavilə imzalayacaq. Bu haqda İtaliya mətbuat xəbər yayıb.

Qeyd edək ki, son olaraq "Şerif"i çalışdıran Bordinin rəhbərliyi altında Moldova klubu ötən mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la qarşılaşıb və iki oyunun nəticəsinə görə, mübarizəni dayandırmışdı.

Digər xəbərlər