Türklər Səmədovun arzusunu ürəyində qoydu

Türklər Səmədovun arzusunu ürəyində qoydu
Futbol
05 İyun 2018 - 22:20
Supersport.Az-ın məlumatına görə, Dünya Kubokunun ev sahibi Rusiya öz meydanında Türkiyə yığmasıyla yoldaşlıq oyununda qələbəni əldən verib.

Matçın 35-ci dəqiqəsində Aleksandr Səmədov rusları hesabda irəli çıxarsa da, 59-cu dəqiqədə Yunus Mallı bərabərlik qolunu vurub.

Türkiyə ilə Rusiya 7 sentyabrda FİFA Millətlər Liqasında da qarşılaşacaq.

Türklər çempionatın başa çatmasının ardından keçirdiyi 3 oyunda məğlub olmayıb, 1 qələbə qazanıb, 2 heç-heçə edib. Mirça Luçeskunun rəhbrəliyində Türkiyə yığması bu il uduzmayıb.

Digər xəbərlər