Qurban Qurbanov: "Yığmada bəzi dəyişiklik olacaq"

Qurban Qurbanov: "Yığmada bəzi dəyişiklik olacaq"
Futbol
05 İyun 2018 - 03:33

Qazaxıstan millisi ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov açıqlama verib:


"Düşünürəm ki, bizi yaxşı və maraqlı oyun gözləyir. Qazaxıstan yığmasının təcrübəli yeni məşqçisi var. İşlədiyi yerlərdə müsbət nəticələr qazanıb. Rəqibin Bolqarıstan və Macarıstan yığmaları ilə oyununu izləmişəm. Baxımlı futbol sərgiləyirlər. Biz də çalışacağıq ki, həm yaxşı oyun nümayiş etdirək, həm də müsbət nəticə qazanaq. Qırğızıstan yığması ilə oyunla müqayisədə dəyişikliklər olacaq. Oyunun gedişində də dəyişikliklər edib uzun müddət millidə olmayan futbolçulara da şans verəcəyik".

Digər xəbərlər