Eksklüziv: AFFA-da "Kəpəz"in taleyi müzakirə olunacaq

Eksklüziv: AFFA-da "Kəpəz"in taleyi müzakirə olunacaq
Futbol, Eksklüziv
05 İyun 2018 - 05:00
Supersport.Az-a daxil olan məlumata görə, AFFA-da "Kəpəz"in Premyer Liqada yenidən iştirakı məsələsi müzakirə olunacaq.

Məsələ burasındadır ki, yarışın əsasnaməsinə əsasən son pilləni tutan komanda yüksək liqanı tərk etməlidir. Gəncə klubu Premyer Liqada axırıncı olub. "Kəpəz"in elitada qalması üçün baş məşqçi Yunis Hüseynovun yaxın günlərdə AFFA-nın baş katibi Elxan Məmmədovla görüşəcəyi bildirilir.

Ölkənin bir nömrəli futbol qurumu Premyer Liqa klublarının sayını artırmaq niyyətində deyil. Bu halda, "Kəpəz" kənarda qalacaq. "Qarabağ"ın və milli komandanın baş məşqçisi Qurban Qurbanov dəfələrlə çempionatın çox aşağı səviyyədə olduğunu bildirib. Ümumiyyətlə, mütəxəssislər klubların sayının artırılmasını vacib hesab edir.

AFFA Premyer Liqa yarışlarında iştirak etmək üçün "Qarabağ", "Qəbələ", "Neftci", "Sumqayıt", "Zirə", "Keşlə", "Kəpəz", "Sabah" və "Səbail" klublarına lisenziya verib. Gəncə klubunun elitada saxlanılması ehtimal olunur. Bu alınmasa, "Kəpəz" birinci divizionda mübarizə aparmalı olacaq.

 

Digər xəbərlər