"Real Madrid"in kapitanı Ramosun daha bir vəhşiliyi ortaya çıxdı - Foto

"Real Madrid"in kapitanı Ramosun daha bir vəhşiliyi ortaya çıxdı - Foto
Futbol, Foto
05 İyun 2018 - 02:49
Çempionlar Liqasının finalında "Liverpul"la oyunda "Real Madrid"in kapitanı Serxio Ramos pis hərəkətləriylə yadda qalıb. Qarşılaşmada İngiltərə klubunun misirli futbolçusu Məhəmməd Salaha ilk hissədə qəsdən xəsarət yetirərək əvəzlənməsinə nail olan Ramosun daha bir xoşagəlməz addım atdığı ortaya çıxıb.

Supersport.Az-ın məlumatına görə, "Real"ın kapitanı ikinci hissənin əvvəlində "Liverpul"un qolkiperi Loris Kariusun başına dirsək zərbəsi vurub. 24 yaşlı alman qapıçının beyninin silkələndiyi və bu səbəbdən ciddi səhvlərə yol verdiyi bildirilir. Qolkiper əvvəlcə topu hücumçu Kərim Benzemaya hədiyyə edib, 64-cü dəqiqədə isə uzaq məsafədən Qaret Beylin vurduğu zərbə qarşısında aciz qalıb.

Getty Images. Лорис Кариус


 

Digər xəbərlər