Nə Messi, nə Ronaldo - ən qiymətli futbolçu odur

Nə Messi, nə Ronaldo - ən qiymətli futbolçu odur
Futbol
05 İyun 2018 - 02:06
Supersport.Az-ın məlumatına görə, dünyanın ən dəyərli futbolçusunun adı açıqlanıb.

Araşdırmada Avropanın ən səviyyəli 5 futbol ölkəsi qəbul edilən - İspaniya, İngiltərə, Almaniya İtaliya və Fransa nəzərdə tutulub.

Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin hazırladığı siyahıda ən qiymətli futbolçulara yer verilib.

Dəyərləndirmədə yaş, müqavilənin bitməsinə qalan müddət, mövqeyi, klubundakı oyun səviyyəsi, komandasının vəziyyəti, milli komandada göstərdiyi oyun nəzərə alınıb.

Zirvədə 201,2 milyon avro transfer qiyməti olan ingilis Harri Keyndir.

"Barselona"dan ötən il 222 milyon avroya PSJ-yə gətirilən braziliyalı Neymar 195,7 milyonla ikincidir. Fransa klubunun futbolçusu Kilian Mbappeyə 186,5 milyon avro qiymət verilib.
"Barselona"nın argentinalı oyunçusu Lionel Messi (184,2 milyon avro) üçüncü, "Liverpul"dan misirli Məhəmməd Salah (171,3 milyon avro) beşinci, "Real Madrid"in portuqaliyalı futbolçusu Kriştiano Ronaldo (103,4 milyon avro) 24-cüdür.

Siyahıda olan ən qiymətli 10 futbolçu:

1. Harry Keyn ("Tottenhem"): 201,2 milyon avro

2. Neymar (PSJ): 195,7

3. Kilian Mbappe (PSJ): 186,5

4. Lionel Messi ("Barselona"): 184,2

5. Məhəmməd Salah ("Liverpul"): 171,3

6. Dele Alli ("Tottenhem"): 171

7. Kevin De Bruyne ("Mançester Siti"): 167,2

8. Antone Qrizmann ("Atletiko" Madrid): 164,5

9. Paulo Dibala ("Yuventus"): 164,2

10. Romelu Lukaku ("Mançester Yunayted"): 163,4

Digər xəbərlər