Azərbaycan samboçuları dünya reytinqində

Azərbaycan samboçuları dünya reytinqində
Digər, Sambo
02 İyun 2018 - 11:48
Supersport.Az-ın məlumatına görə, Beynəlxalq Sambo Federasiyası dünya reytinqini açıqlayıb.

Siyahıda Azərbaycan idmançıları da yer alıb. Dünya Kubokunun qaliblərindən Mehman Xəlilovla Emil Həsənov ikinci pillədə qərarlaşıb.

52 kq-da Ağasif Səmədov 363 xalla 16-cıdır.

Digər çəkidə rusiyalı Vladimir Qladkixdən (1270) sonra Dünya Kubokunun son qalibi, Avropa çempionatının bürünc medalçısı Mehman Xəlilov (57 kq, 1080 xal) ikincidir. Fuad Məmmədov (270 xal) 23-cüdür.

62 kq-da Cavidan Qarayev (363,5 xal) 14-cüdür.

68 kq çəkidə belaruslu Uladzislau Sayapin (1860 xal) birincidir. Dünya Kubokunun qalibi, qitə çempionatının bürünc mükafatçısı Emil Həsənov (1390 xal) ikincidir.

Döyüş sambosunda Avropa çempionatının bürünc medalçısı Nəbi Məmmədov (100 kq, 280 xal) 9-cudur.

 

Digər xəbərlər