Elxan Məmmədov iflasda - AFFA-nın daha bir komitəsi dağılır

Elxan Məmmədov iflasda - AFFA-nın daha bir komitəsi dağılır
Futbol
25 May 2018 - 23:44
Supersport.Az-ın məlumatına görə, AFFA-nın iflasa uğrayan layihələrinin sayı artır. 


Baş katib Elxan Məmmədovun təşəbbüsü, İcraiyyə Komitəsinin qərarı ilə yaradılan daha bir komitə dağılmaq üzrədir.


Media Komitəsi fəaliyyətini çoxdan dondurub. Bu qurum artıq maliyyələşmir və heç bir iş görmür. AFFA geri addım atıb nə ləğv qərarı verir, nə də işin davamı üçün şərait yaradır. Mövcud olduğu müddətdə düzgün iş qurmayan, ədalətsizliklər edən komitə, assosiasiyaya yalnız başağrı gətirdiyindən belə mənzərə gözlənilən idi.


Martın 7-də AFFA, Media Komitəsinin yeni formatda fəaliyyəti ilə bağlı müzakirələrin aparılmasını katibliyə həvalə etmiş və İcraiyyə Komitəsinin növbəti iclasına təkliflər təqdim olunmasına qərar vermişdi. Ancaq mayın 11-də İK iclasında buna məhəl qoyulmadı.



Media qurumunda olan və ayrılan bəzi saytlar bu komitə haqda sərt tənqidlərə yer vermişdi.


Supersport.Az isə Media Komitəsinin absurd qərarlarıyla bağlı ölkə prezidenti İlham Əliyevə şikayət etmişdi.

Digər xəbərlər