"Sumqayıt"da daha bir yeni müqavilə

"Sumqayıt"da daha bir yeni müqavilə
Futbol
25 May 2018 - 15:35
“Sumqayıt” daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Supersport.Az klubun saytına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi Cavid Tağıyev gələn mövsüm də "gənclik şəhəri" təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, Tağıyev ötən mövsümdə 17 qarşılaşmada 1026 dəqiqə meydanda olub. "Sumqayıt" daha öncə kapitan Vurğun Hüseynovla müqaviləni 2 il müddətinə uzadıb.

Digər xəbərlər