Gerrye özünü təkzib etdi - Foto

Gerrye özünü təkzib etdi - Foto
Futbol, Foto
25 May 2018 - 10:46
“Qarabağ”ın yarımmüdafiəçisi Donald Gerrye İtaliya A seriyasının klublarından birinə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Supersport.Az-ın məlumatına görə, Haiti millisinin üzvü özünün "İnstaqram" səhifəsi vasitəsilə bu xəbərləri təkzib edib. O, Ağdam klubunda qalacağını bildirib: “İtaliya klubunda oynamaq üçün “Qarabağ”ı tərk edəcəyimi yazırlar. Lakin bu, düzgün informasiya deyil. Mənim klubumla daha bir illik müqaviləm var. "Qarabağ"dan getmirəm”.

Qeyd edək ki, Donald Gerrye ötən gün "Haitisporttotal” portalına açıqlamasında onunla İtaliya A Seriyasının adı açıqlanmayan klubunun maraqlandığını bildirib. Gerrye Avropanın Top-5 liqalarından birində oynaya biləcəyi ilə qürur duyduğunu vurğulayıb. O, ötən yay 2 illik müqavilə bağladığı "Qarabağ"ın heyətində 34 oyuna 3 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Digər xəbərlər