"Qarabağ"ın futbolçusu Messini saymadı, Mayamini seçdi

"Qarabağ"ın futbolçusu Messini saymadı, Mayamini seçdi
Futbol
25 May 2018 - 02:03
Türkiyə mətbuatı "Qarabağ"ın yarımmüdafiəçisi Donald Geryenin istirahətinə görə Argentina millisi ilə yoxlama oyunundan imtina etməsindən yazıb.

Supersport.Az xəbər verir ki, "Milliyət" qəzetində "Messini saymadı, Mayamini seçdi" başlığı ilə gedən yazıda Geryenin 1400 dollara otel sifariş etdiyi üçün Haiti millisinin heyətində Lionel Messiyə qarşı oyuna çıxmaq istəmədiyi qeyd olunub. Türkiyəli jurnalistlər Geryenin adi bir otel sifarişi üçün Messi kimi ulduzla qarşılaşmadan imtina etməsininin təəccüblə qarşılandığını bildiriblər.
Qeyd edək ki, Haiti ilə Argentina arasında yoldaşlıq oyunu mayın 26-da keçiriləcək. Gerye yığmaya dəvət olunsa da, istirahət edəcəyini əsas gətirərək, toplanışda iştirak etməyəcəyini bildirib.

Digər xəbərlər