Çempionlar Liqası finalı yenidən İstanbulda - Foto

Çempionlar Liqası finalı yenidən İstanbulda - Foto
Futbol, Foto
24 May 2018 - 16:24
Supersport.Az-ın məlumatına görə, 2020-ci il Çempionlar Liqası finalı İstanbulda keçiriləcək. UEFA belə qərar verib.

Qarşılaşma "Atatürk Olimpiya Stadionu"nda oynanılacaq.

2019-20-ci il Çempionlar Liqası üçün iki namizəd vardı: İstanbuldakı "Atatürk Olimpiya Stadionu" və Portuqaliyanın paytaxtı Lissabonda olan "Estadio da Luz" idman qurğusu.

Xatırladaq ki, "Atatürk Olimpiya Stadionu" 2005-ci ildə "Liverpul" - "Milan" finalına ev sahibliyi edib. Bu idman qurğusu yenidən inşa olunaraq 75 min 145 tutumluq yerdən 92 min 208-ə artırılacaq. Hazırda stadionda ən çox külək qapı arxalarında əsir. Bu layihəylə ruzgar minimuma, oyuna təsiri azaldılacaq.

Avropa Liqası final oyunu isə Polşanın Qdansk şəhərindəki "Gdansk Arena"ya verilib.

Digər xəbərlər