"Qarabağ", "Qəbələ", "Neftçi" mükafatlandırılacaq

"Qarabağ", "Qəbələ", "Neftçi" mükafatlandırılacaq
Futbol
21 May 2018 - 09:58
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasında 2017/2018-ci il mövsümünün bütün mükafatçıları müəyyənləşib. Hələ sona 4 tur qalmış çempionluğunu bayram edən "Qarabağ" rəqibləri üçün əlçatmaz olub. Bunun ardından "Qəbələ" gümüş medalları özü üçün təmin edib. Son turda isə səfərdə "Kəpəz"i məğlub edən "Negtçi" digər oyunların nəticəsindən asılı olmayaraq, bürünc medallara sahib olub.
Qeyd edək ki, bu gün "Qəbələ" – "Qarabağ" oyunundan sonra Peşəkar Futbol Liqası tərəfindən mükafatlandırma mərasimi təşkil olunacaq. Azərbaycan Premyer Liqasının qalib və mükafatçıları bu zaman öz medallarına qovuşacaqlar.

Digər xəbərlər