Qomis 29 qolla Super Liqanın bombardiri oldu

Qomis 29 qolla Super Liqanın bombardiri oldu
Futbol
20 May 2018 - 04:04
Türkiyə Super Liqasında 2017/18 mövsümünə yekun vurulub.

 

Supersport.Az xəbər verir ki, mövsümün ən sərrast futbolçusu çempion "Qalatasaray"ın forvardı Bafetimbi Qomis olub.

 

Seneqal əsilli fransalı futbolçu meydana çıxdığı 33 Super Liqa oyununda 29 qol vurub və 5 məhsuldar ötürmə edib. 32 yaşlı futbolçu mövsüm ərzində Super Liqanın yalnız bir oyununda forma geyinməyib.

Digər xəbərlər