Buffonun vida matçı - Foto + Video

Buffonun vida matçı - Foto + Video
Futbol, Video, Foto
20 May 2018 - 16:10
“Yuventus” futbol üzrə İtaliya A Seriyasının 38-ci turunda “Verona” üzərində qələbə qazanıb.

Supersport.Az-ın məlumatına görə, turnir “Alyans” stadionunda keçirilən görüş 2:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

“Qoca Sinyora”nın heyətində Daniele Ruqani və Miralem Pyaniç, “Verona”da isə Alessio Çerçi fərqlənib.

 

Canluici Buffon “Yuventus”a 2001-ci ildə “Parm”dan gəlib. O, qapıçı olaraq klubla 17 mövsüm oynayıb,  onlarla 11 çempionluq titulunu qazanıb.


Digər xəbərlər