"Qəbələ"də ilk ayrılıq

"Qəbələ"də ilk ayrılıq
Futbol
17 May 2018 - 12:19


“Qəbələ” hollandiyalı futbolçu Dion Malon ilə yollarını ayırıb.

Supersport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2017-ci yayından komandada çıxış edən legioner 2017-2018-ci illər mövsümündə “Qəbələ”nin şərəfini qoruyub. Dion “qırmızı-qara” formada çıxış etdiyi müddət ərzində 21 oyun keçirib. Topaz Premyer Liqasında 18 matça çıxan hollandiyalı UEFA Avropa Liqasında 3 oyunda iştirak edib

Digər xəbərlər