Dünya Kuboku hakiminə ömürlük cəza

Dünya Kuboku hakiminə ömürlük cəza
Futbol
16 May 2018 - 21:55
Supersport.Az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı Fubol Federasiyası (SAFF), Rusiyada keçiriləcək Dünya Kubokunun final mərhələsinin oyunlarını idarə edəcək hakim Fəhəd Əl Mirdasiyə ömürlük cəza verib.

Buna səbəb şənbə günü baş tutan Kral Kubokunun finalı ərəfəsində hakimin "Əl İttihad" prezidenti Hamad Əl Sənaiyə rüşvət təklif etməsidir.

Klub rəhbəri, bununla bağlı telefonuna gələn ismarıcı federasiyaya verib. SAFF final oyunundan əvvəl 32 yaşlı qalmaqallı referini Hakimlər Komitəsinin sədri Mark Klattenburqla əvəzləyib.

Fəhəd 7 ildir FİFA referisidir. SAFF onunla bağlı sərt cəza haqda beynəlxalq futbol qurumunu məlumatlandırıb.



 

Digər xəbərlər