Ərdoğanın görüşü almanları əsəbləşdirdi

Ərdoğanın görüşü almanları əsəbləşdirdi
Futbol
15 May 2018 - 10:23
Supersport.Az-ın məlumatına görə, Türkiyə rəhbərinin Londonda türk əsilli futbolçularla görüşü almanları qəzəbləndirib.

Almaniya Futbol İttifaqı prezidenti Reynhard Qrindel, Məsut Özillə İlkay Gündoğanın türk prezident Rəcəb Tayyib Ərdoğanın seçki kampaniyası üçün istismar edildiklərini bildirib:

"Almaniya Futbol İttifaqı oyunçularımızın mənşəyinə aid xüsusi mövqelərinə hörmətlə yanaşır. Lakin cənab Ərdoğan birliyin və ümumilikdə futbolun dəyərlərinə sadiq deyil. Məhz buna görə milli komandanın futbolçuları onun seçki kampaniyasında iştirak etməməli idilər. Onların istismar edilməsi xoş deyil".

Alman mediası, İlkayın Ərdoğana təqdim etdiyi formada "Cənab prezidentimə hörmətlə" yazdığına diqqət çəkib.

Digər xəbərlər